Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanıb ratifikasiya edildikdən sonra sülhün necə olacağına dair öz baxışını təqdim edib
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında müqavilə imzalanıb ratifikasiya edildikdən sonra sülhün necə olacağına dair öz baxışını təqdim edib. Oxuməni.az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkələrdəki videomüraciətində bildirib.
"Ermənistan 29 743 kv. km əraziyə malik olmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası Almatı bəyannaməsi əsasında məhz bu məntiqlə həyata keçirilməlidir", - deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, anklav və eksklav problemi aşağıdakı düsturla həll edilməlidir: tərəflərdən heç birinin digərinin ərazisində anklavı olmamalıdır.
"Yəni iki ölkə - Ermənistan və Azərbaycan - ciddi şəkildə bərabər sahəyə malik ərazi mübadiləsi həyata keçirməlidir. Bütün yollar və kommunikasiya xətləri, o cümlədən TRİPP çərçivəsində və təkcə bununla məhdudlaşmayaraq, açılmalıdır", - deyə Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, bütün kommunikasiya yolları fəaliyyət göstərməli və açıq olmalıdır, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisi ilə, Azərbaycandan Azərbaycana isə Ermənistan ərazisi ilə.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir iddia irəli sürməməlidir.
"Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir iddia irəli sürməməli və bütün məsələlərdə, bütün sahələrdə bir-birini rahat buraxmalıdırlar - heç bir iddia olmamalıdır. Qarabağ, Girdiman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla", - deyə o qeyd edib.
O, başqa bir sual da qoyub.
"Sülhə məhz belə bir forma vermək üçün real imkan varmı? Türkmənistanda Azərbaycan prezidenti ilə görüşün yekunlarına əsasən, məndə belə bir ilkin təəssürat yarandı ki, sülhü məhz bu şəkildə qurmaq imkanımız var. Yaxın vaxtlarda biz bu imkanın reallaşdırılması, onun gerçəyə çevrilməsi ilə məşğul olacağıq", - deyə Paşinyan fikrini yekunlaşdırıb.
Almaz Həsənli























.jpg)







.jpg)




















































