Tayvan "Alaska LNG" layihəsinə 4 milyard dollardan çox sərmayə yatıracaq
Tayvan "Alaska LNG" qaz layihəsinə 4 milyard dollardan çox sərmayə yatırmağa razılaşıb; o, həmçinin boru kəməri ilə nəql olunan mayeləşdirilmiş təbii qazın (LNG) 30%-ni satın alacaq. Oxuməni.az-ın "Reuters"-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Alyaska ştatının Vasilla şəhərində çıxışı zamanı bildirib.
"Tayvan boru kəməri ilə gələn qazın 30%-ni növbəti 20 il ərzində almağa razılaşıb", - deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Tayvan layihəyə 4,4 milyard dollar sərmayə yatırmağa da razılıq verib.
"Bu, uğuru təmin edir. Bu, tarixdəki ən böyük öhdəliklərdən biridir. Bu, tarixdəki ən böyük sövdələşmələrdən biridir", - deyə o qeyd edib.
Amerika mediasının məlumatına görə, "Alaska LNG" layihəsi Alyaskada təbii qazın hasilatını, nəqlini və Asiya bazarlarına ixracı üçün mayeləşdirilməsini nəzərdə tutur.
Almaz Həsənli






















.jpg)







.jpg)





















































