Tupak Şakurunun qatilinə 30 il sonra ömürlük həbs cəzası verildi

Tupak Şakurunun qatilinə 30 il sonra ömürlük həbs cəzası verildi

10:43
Bəyəndim (1) Bəyənmədim (0)

Las-Veqas məhkəməsi 1996-cı ildə reper Tupak Şakurunun qətlində təqsirli bilinən, kriminal aləmdə "Keff Di" kimi tanınan 63 yaşlı Dueyn Devisi ömürlük həbs cəzasına məhkum edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, Devis ən azı 40 ildən sonra şərti azadlığa buraxılmaq üçün müraciət edə biləcək.

Devisin 2023-cü ildə həbsinə qədər Şakurunun qətli ABŞ-da demək olar ki, 30 il ərzində ən məşhur açılmamış cinayət işlərindən biri olaraq qalırdı.

Dueyn Devis Los-Ancelesin şəhərətrafı ərazisi olan Komptonda "Crips" dəstəsinin keçmiş lideridir. Sentyabr ayında andlılar məhkəməsi Devisi reperin qətlində təqsirli bilib. Prokurorluğun versiyasına görə, Devis qətli qisas məqsədilə planlaşdırıb.

Reperin güllələnməsindən bir neçə saat əvvəl Şakuru Devisin qardaşı oğlu Orlando Andersonla mübahisə etmişdi. Münaqişədən sonra Devis və aralarında Andersonun da olduğu daha üç nəfər ağ rəngli "Cadillac" markalı avtomobillə Şakurunu axtarmağa çıxıblar. Ehtimal olunur ki, reperin avtomobilinə atəş açılan tapançanı məhz Devis verib.

Məhkəmədə Devis müxtəlif müsahibələrində və memuarlarında bu hadisələri təsvir etməsinə baxmayaraq, özünü təqsirli bilməyib. 2019-cu ildə memuarları çap olunana qədər Devislə birlikdə avtomobildə olan üç nəfər artıq dünyasını dəyişmişdi.

Almaz Həsənli