Tramp Kim Çen Inla görüşə bilər
ABŞ Prezidenti Donald Tramp noyabr ayında Asiyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək imkanını istisna etməyib.
Oxuməni. az xəbər verir ki, Tramp bu barədə Ohayo ştatına uçmazdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
"Ola bilər. Bu, maraqlı olardı, elə deyilmi? Mənim onunla yaxşı münasibətim var", – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək niyyətini təsdiqləyib.
"South China Morning Post" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp, həmçinin noyabrın 16–18-də Filippində keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində də iştirak etməyi planlaşdırır.
Almaz Həsənli



.jpg)














































.jpg)






















.jpg)









