ABŞ və Avropa Ukrayna ilə bağlı dörd bənddən ibarət sülh planı hazırlayır
ABŞ və Avropa Ukraynadakı münaqişənin nizamlanması üçün dörd əsas bənddən ibarət birgə sülh planı hazırlayır. Oxuməni. az xəbər verir ki, bu barədə The Washington Post (WP) danışıqların gedişindən xəbərdar olan amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Birinci bənd Ukraynanın bərpasını nəzərdə tutur. Bu prosesdə Dünya Bankının və “BlackRock” investisiya şirkətinin iştirakı planlaşdırılır. Kiyev xərclər smetasını təqdim etməli və ayrılan vəsaitin düzgün istifadə olunacağına zəmanət verməlidir.
İkinci bənd təhlükəsizlik zəmanətləri ilə bağlıdır. ABŞ və Avropa ölkələri Rusiya tərəfindən hərbi əməliyyatlar yenidən başladılacağı təqdirdə Ukraynaya yardım etməyə hazırdırlar. Bu məqsədlə NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər mexanizmin yaradılması təklif olunur.
Üçüncü bənd enerji sazişi vasitəsilə iqtisadi inteqrasiyanı nəzərdə tutur. Yeni boru kəməri ilə Rusiya neftinin və qazının Avropaya ixracı, əldə olunan gəlirin isə Rusiya ilə Ukrayna arasında bölüşdürülməsi imkanları nəzərdən keçirilir. Plan həmçinin Rusiyanın Avropa enerji bazarına çıxışının bərpasını, eləcə də sanksiyaların ləğvinin qaydası və müddətlərinin müzakirəsini əhatə edir.
Dördüncü bənd münaqişənin hazırkı cəbhə xətti boyunca dondurulmasını və tərəflərin nəzarətlərində olan əraziləri saxlamaqlarını nəzərdə tutur. Bu məsələ nizamlanma prosesinin ən çətin mərhələsi hesab olunur. Belə ki, Rusiya hakimiyyəti dəfələrlə hərbi əməliyyatların təmas xətti boyunca dondurulmasına razı olmadığını bildirib və Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılmasını tələb edib.
Bundan əlavə, ABŞ Rusiya və Ukraynanı enerji obyektlərinə qarşı qarşılıqlı zərbələri dayandırmağa çağırır. Bu, sülh danışıqlarının davam etdirilməsi üçün şərt kimi nəzərdən keçirilir.
WP-nin məlumatına görə, planın hazırlanmasından əvvəl Floridada ABŞ, Avropa və Ukraynadan olan danışıqlar nümayəndələrinin görüşü keçirilib.
Almaz Həsənli



.jpg)














































.jpg)






















.jpg)









