İran Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbə endirməklə hədələyir

İran Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbə endirməklə hədələyir

11:28
Bəyəndim (1) Bəyənmədim (0)

İran rəhbərliyi ABŞ-ın ölkəyə yenidən hücum edəcəyi təqdirdə İran hərbçilərinin regiondakı hədəflərə, o cümlədən Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr endirməyə hazır olduğunu bildirir. Oxuməni. az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətlərindən bəziləri bildiriblər ki, münaqişənin yenidən alovlanacağı təqdirdə Tehran ərəb ölkələrinin hakimiyyət orqanlarını regiondakı hədəflərə, o cümlədən Səudiyyə Ərəbistanının neft müəssisələrinə zərbələr endirilə biləcəyi barədə xəbərdar edib. Ehtimal olunan hücumun qarşısını almağa çalışan bəzi iranlı rəsmilər İran silahlı qüvvələrinin qonşu dövlətlərin ərazisinə quru qoşunları yeridə biləcəyinə də eyham vurublar.

Bundan əlavə, İran hökuməti Vaşinqtonla təmaslarda vasitəçilik edən tərəflərə bildirib ki, İran hərbçiləri ABŞ silahlı qüvvələrinə qarşı daha aqressiv addımlar ata və Amerika hərbi gəmilərini batırmağa cəhd göstərə bilərlər.

Bununla yanaşı, peyk görüntülərinə əsasən, İran nüvə obyektləri və sərhədyanı ərazilər də daxil olmaqla, mühüm hədəflərinin müdafiəsini gücləndirir.

Vantor Technologies şirkətinin peyk görüntüləri göstərir ki, sentyabr ayında İran işçiləri mümkün quru əməliyyatlarının qarşısını almaq məqsədilə Kuh-e Kolang dağı (ingiliscə Pickaxe — “Qazma”) və Nətənz ətrafındakı obyektlərin ətrafında torpaq sədlər inşa ediblər.

İran hakimiyyəti böhran vəziyyətinə hazırlıq çərçivəsində sığınacaqların təchiz edildiyini, hava limanlarında, limanlarda və elektrik stansiyalarında ehtiyatların yaradıldığını bəyan edib.

Almaz Həsənli