Tramp Ukrayna ilə Rusiya arasında “enerji atəşkəsi”nin qüvvədə olduğunu bildirir: “Çünki mən belə dedim”
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna ilə Rusiya arasında “enerji atəşkəsi” qüvvədədir və onun pozulması ilə bağlı məlumatlar yoxlanılmalıdır.
Oxuməni az xəbər verir ki, Tramp bu barədə Ağ Evdən çıxarkən jurnalistlərlə söhbəti zamanı bildirib.
Trampdan Rusiyanın “atəşkəsi” pozması ilə bağlı məlumatlar soruşulub.
“Mən buna əmin deyiləm, yoxlamaq lazımdır”, – deyə o bildirib.
Ondan həmçinin Ukrayna və Rusiyanın atəşkəsə razılıq verdiklərindən xəbərsiz olmaları barədə soruşulub.
“Onlar razılaşdılar”, – Tramp deyib.
“Çünki mən dedim: “Siz razılaşırsınız”. Buna görə də razılaşdılar. Mən onların razılaşdıqlarını dedim, ona görə də razılaşdılar”, – deyə o əlavə edib.
Rusiyanın hücumları ilə bağlı sual yenidən verildikdə isə Tramp belə cavab verib: “Bunu yoxlamalı olacağam, çünki hər iki tərəfdən pozuntular olub”.
Xatırladaq ki, bazar günü ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Rusiya ilə Ukrayna arasında müharibədə guya “enerji atəşkəsi”nin əldə olunduğunu elan edib.
Bazar ertəsi Tramp Rusiya prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının alınması barədə əldə etdiyi razılaşmanı müdafiə edib.
Tramp və Putinin razılaşması Ukraynada və Avropa paytaxtlarında narazılığa səbəb olub.
Ukrayna Prezidenti Volodimir Zelenski Trampın Rusiyaya qarşı sanksiyaları birtərəfli qaydada ləğv etmək və ona dizel yanacağı ixracına icazə vermək qərarını “ədalətsiz və qeyri-dürüst” adlandırıb.
Almaz Həsənli




































.jpg)






















.jpg)























