Finlandiyanın XİN naziri Aİ-ni rusiyalılara turizm vizalarının verilməsini dayandırmağa çağırıb
Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirdiyi müddətdə Aİ ölkələrini Rusiya Federasiyası vətəndaşlarına turizm vizalarının verilməsini dayandırmağa çağırır. Oxuməni. az xəbər verir ki, diplomatın özünün X mikrobloqunda bildirdiyinə görə, o, digər Aİ üzvü olan ölkələri Avropa Komissiyasına bu mövzu ilə bağlı ünvanlanmış müraciətə qoşulmağa dəvət edib.
"Rusların öz ölkəsi ukraynalıların evlərini bombaladığı bir vaxtda Avropaya səyahət edərək buradakı həyat tərzindən və azadlıqlardan həzz almaları səhvdir", – deyə Valtonen bildirib. "Finlandiya rusiyalılara zəruri olmayan səyahətlər üçün vizaların verilməsini hələ 2022-ci ildə qadağan edib. Eyni şey nəhayət Aİ səviyyəsində də baş verməlidir".
Bundan əlavə, Elina Valtonen Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafına daxil olan şəxslərə Şengen vizalarının verilməsinin qadağan edilməsi, Rusiya idmançılarına viza verilməsinə məhdudiyyətlərin tətbiqi və Ukraynaya qarşı müharibənin Rusiya iştirakçılarına viza verilməsi qadağasının səmərəli şəkildə tətbiq olunması çağırışı ilə çıxış edib. "(Aİ ölkələri – red.) birlikdə hərəkət etməlidirlər", – deyə o, vurğulayıb.
Almaz Həsənli
.jpg)





.jpg)














































.jpg)





























