Böyük Britaniyanın baş naziri bəyan edib ki, Rusiya brekzitin referendumuna müdaxilə edib
Rusiya 2016-cı ildə Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referenduma müdaxilə edib. Oxuməni.az BBC News-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Endi Bernem "The Rest is Politics" podkastında bəyan edib.
Bernemin sözlərinə görө, o, Leyboristlər Partiyasının lideri seçildikdən və baş nazir təyin olunduqdan sonra ilk dəfə Dauninq-stritə gəldikdə Rusiyanın müdaxilə edib-etmədiyini maraqlanıb.
"Mən dəqiq cavab aldım: bəli, belə bir hal olub. Hesab edirəm ki, biz əslində buna həddindən artıq passiv reaksiya vermişik və xaricdən siyasi prosesi sabitlikdən məhrum etməyə nə dərəcədə cəhdlər göstərildiyi barədə insanları kifayət qədər məlumatlandırmamışıq"- Bernem bildirib.
Bernem Moskvanın müdaxiləsinin nədən ibarət olduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması məsələsi üzrə referendum 2016-cı ilin iyununda keçirilib. İttifaqdan çıxmağı səs verənlərin 51,9%-i dəstəkləyib. Böyük Britaniyanın üzvlüyünə rəsmi olaraq 2020-ci ildə son qoyulub.
Almaz Həsənli
.jpg)























.jpg)













































.jpg)












