Bosfor boğazı kimyəvi tankerin sıradan çıxması səbəbindən bağlanıb

Bosfor boğazı kimyəvi tankerin sıradan çıxması səbəbindən bağlanıb

12:47
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Türkiyədəki Bosfor boğazı gəminin sıradan çıxması səbəbindən hər iki istiqamətdə bağlanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə xəbər agentliyi DHA (Demirören News Agency) məlumat yayıb.

Bolqarıstandan İtaliyaya gedən tankerin mühərrikində nasazlıq yaranıb; hadisə dünən saat 19:00 radələrində baş verib.

Malta bayrağı altında kimyəvi maddələr daşıyan 107 metr uzunluğundakı İVYAN gəmisinin Kanlıca yaxınlığında sahildən bir neçə metr aralıda sıradan çıxması səbəbindən dayandığı bildirilir.

Sahil mühafizəsi qayıqları və yedək gəmilərini hadisə yerində cəlb edib.

Bosforda gəmiçiliyin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat yoxdur.

Almaz Həsənli