Rusiyanın 12 oktyabr tarixinə olan itkiləri açıqlandı, son bir gündə  1.470 işğalçı məhv edilib

Rusiyanın 12 oktyabr tarixinə olan itkiləri açıqlandı, son bir gündə 1.470 işğalçı məhv edilib

11:34
Bəyəndim (1) Bəyənmədim (0)

Müharibə ərzində Rusiya Ordusu Ukraynada 1.554.310 əsgər itirib.
Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 1.470 işğalçını məhv edib. İki tank, altı zirehli texnika, 51 artilleriya sistemi, dörd MLRS, iki hava hücumundan müdafiə sistemi, üç NRK və 1.416 dron məhv edilib.

24 fevral 2022-ci ildən 12 oktyabr 2026-cı ilə qədər Ukrayna ərazisində Rusiya qoşunlarının ümumi döyüş itkisi 1.554.310 (son 24 saatda +1.470) olaraq qiymətləndirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bundan əlavə, müharibənin əvvəlindən bəri aşağıdakılar məhv edilib:

Tanklar – 12.410 (+2) ədəd
Zirehli döyüş maşınları – 25.527 (+6) ədəd
Artilleriya sistemləri – 51.090 (+51) ədəd
MLRS – 2.209 (+4) ədəd
Həva hücumundan müdafiə sistemləri – 1.703 (+2) ədəd
Təyyarə – 443 (+0) ədəd
Vertolyotlar – 356 (+0) ədəd
Yerüstü robot sistemləri – 2.927 (+3) ədəd
Əməliyyat-taktiki səviyyəli PUA – 559.873 (+1.416) ədəd
Kruiz raketləri – 5.126 (+0) ədəd
Gəmilər/qayıqlar – 35 (+0) ədəd
Sualtı qayıqlar – 2 (+0) ədəd
Avtomobil avadanlıqları və tankerlər – 162.056 (+553) ədəd
Xüsusi avadanlıq – 4818 (+3) ədəd

Xatırladaq ki, 11 oktyabr gecəsi Ukrayna Müdafiə Qüvvələri müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərində bir sıra Rusiya hərbi obyektlərini məhv etdi.

Əziz MUSTAFA