Bu gün  Belarusda KTMT hərbi təlimləri başlayacaq

Bu gün Belarusda KTMT hərbi təlimləri başlayacaq

08:11
Bəyəndim (1) Bəyənmədim (0)


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin hərbi təlimləri Belarusda keçiriləcək. İştirakçılar arasında Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusdan olan qoşunlar olacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə KTMT-nin veb saytında gedən məlumatda deyilir. Qeyd edilir ki, "Sarsılmaz Qardaşlıq-2026" və "Maneə-2026" ("Bariyer-2026") adlı təlimlər 12-16 oktyabr tarixlərində keçiriləcək. Təlim proqramına bir neçə tapşırıq daxildir: iştirakçılar KTMT qüvvələri ilə sözdə sülhməramlı əməliyyatların hazırlanması və keçirilməsi üzrə məşq edəcəklər.

Təlim zamanı hərbi qulluqçular təşkilatın kollektiv sülhməramlı qüvvələrinin məsuliyyət zonasında bioloji təhlükə mənbələrinin aradan qaldırılması üzrə də məşq edəcəklər. Ümumilikdə, təlimlərdə 1500-dən çox hərbi qulluqçu, 300-dən çox silah, hərbi və xüsusi texnika və təxminən 80 müxtəlif növ dron iştirak edəcək. Manevrlər Belarusdakı Losvido və Starodorojski təlim poliqonlarında keçiriləcək.

KTMT təlimlərin "planlaşdırıldığına və üçüncü ölkələrə qarşı yönəlmədiyinə" əminlik verib.

Əziz MUSTAFA