ABŞ-Yaponiya "Keen Sword" birgə hərbi təlimləri keçiriləcək.
Bu ayın əvvəlində ABŞ dəniz piyadası tərəfindən yerli bir qadının öldürülməsi və soyğunçuluğuna baxmayaraq, ABŞ-Yaponiya birgə hərbi təlimləri "Keen Sword" 19-29 oktyabr tarixlərində Yaponiyada və ona bitişik sularda keçiriləcək.
Oxuməni.az xəbər verir ki, bu barədəKyodo xəbər agentliyi məlumat yayıb.
"Keen Sword" təlimlərində 45.000 yapon əsgəri və zabiti, təxminən 12.000 amerikalı əsgər və zabit iştirak edəcək. Avstraliya, Almaniya və Fransa da daxil olmaqla, yeddi başqa ölkədən olan bölmələrin də iştirakı gözlənilir.
Təlimlərdə Yaponiyanın təxminən 1000 kilometr mənzilli yeni "Type-25" quru əsaslı mobil raketlərinin ilk nümayişi olacaq. İki ölkənin hərbçiləri bu silahların idarə olunması və istifadəsinin əlaqələndirilməsini həyata keçirəcəklər, lakin heç bir raket buraxılışı olmayacaq. Təlimlər zamanı ABŞ ordusu həmçinin Tayvandan 110 kilometr aralıda yerləşən Yaponiyanın Yonapguni adasında ilk dəfə ən son pilotsuz mobil raket sistemi olan NMESIS-i yerləşdirəcək.
Əziz MUSTAFA







.jpg)














































.jpg)
















.jpg)












