AB Ukraynaya raketlər və dronlar üçün yeni vəsait ayıracaq
Avropa Birliyi Ukraynaya dronlar və raketlərin alınması üçün yeni vəsait ayıracaq.
Oxuməni.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bunu sosial mediada açıqlayıb.
Von der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığını yekunlaşdırıb. Onun sözlərinə görə, bu həftə əlavə maliyyə ayrılacaq. O, konkret məbləği və ya maliyyələşdirmə mənbələrini açıqlamayıb.
Von der Leyen əlavə edib ki, Ukrayna münaqişəsi 15-16 oktyabrda keçiriləcək AB sammitinin əsas mövzularından biri olacaq və bu sammitdə Avropa liderləri Kiyevin 2027-ci il üçün maliyyə ehtiyaclarını və yeni qlobal dəstəyi səfərbər etməyin yollarını müzakirə edəcəklər.
Politico əvvəllər Ukraynanın narahatedici maliyyə vəziyyəti barədə məlumat vermişdi. Məqalənin müəlliflərinə görə, ölkənin müharibəni davam etdirmək üçün pulu tükənir.
Əziz Mustafa













































.jpg)
















.jpg)









.jpg)











