Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi adlandırıb
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə Birliyə sədrlik etmək qərarını tarixi bir an kimi qiymətləndirib.
Oxuməni.az xəbər verir ki, bu barədə BelTA agentliyi bildirib
"İnkişafımızda yeni bir mərhələ hörmətli İlham Heydəroviçin (Əliyevin) 2028-ci ildə ilk dəfə sədrliyi qəbul etməsi qərarıdır. Bu, şübhəsiz ki, tarixi bir andır. Prezident özü bu barədə təşkilatla bağlı danışıb", - deyə BelTA xəbər agentliyi onun sözlərini sitat gətirib.
"Ümid edirəm ki, Ermənistan da 2029-cu ildə rotasiya cədvəlinə uyğun olaraq bu şərəfli missiyanı öz üzərinə götürməyə qərar verəcək", - deyə Lukaşenko əlavə edib.
Belarus Prezidenti həmçinin Özbəkistanın 2027-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməsinə razılıq verdiyinə görə özbək həmkarı Şavkat Mirziyoyevə təşəkkür etdi. "Əminəm ki, özbək dostlarımız həmişə olduğu kimi bu missiyanı şərəflə yerinə yetirəcəklər", - deyə dövlət başçısı bildirib. "Belarus sizə maksimum dəstək göstərəcək və bütün proseslərdə fəal iştirak edəcək", - deyə Lukaşenko əmin edib.
Əziz MUSTAFA








.jpg)
























.jpg)









.jpg)








































