Tramp Konqresə noyabr seçkilərinə qədər İrana zərbələr endirməyəcəyinə söz verib
ABŞ Prezidenti Donald Tramp cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar Konqresə noyabrda keçiriləcək seçkilərə qədər İrana zərbələr endirməyəcək. O, həmçinin müharibənin dayandırılması ilə bağlı iki ölkə arasında səmərəli danışıqların aparıldığını vurğulayıb. Oxuməni az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“İran İslam Respublikası ilə məhsuldar danışıqlar aparırıq. Noyabrın 3-də keçiriləcək seçkilərə qədər İrana hücumları dayandıracağıq”, – deyə o yazıb.
Tramp Nümayəndələr Palatasına və Senata keçiriləcək seçkilərdən sonra neft qiymətlərinin aşağı düşəcəyini dəfələrlə bildirib. Bununla belə, yeddi aydan artıqdır davam edən hərbi münaqişəni necə başa çatdırmağı planlaşdırdığı barədə ətraflı məlumat verməyib.
Bu arada, ABŞ hərbçiləri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək üçün mümkün variantlar hazırlayırlar. The New York Times qəzeti amerikalı rəsmilərə istinadən yazıb ki, yaxın vaxtlarda Yaxın Şərqə üç aviadaşıyıcı gəminin gəlməsi gözlənilir.
Nəşrin məlumatına görə, Trampın göstərişi ilə Pentaqon İranın pilotsuz uçuş aparatları və raket arsenalına, enerji obyektlərinə, eləcə də digər hərbi hədəflərə zərbələr endirilməsi ilə bağlı planlar hazırlayıb.
Almaz Həsənli






.jpg)






















.jpg)









.jpg)
































.jpg)











