ABŞ-da keçmiş hərbçinin edamı canlı yayımlanacaq
2009-cu ildə ABŞ-ın Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən, Fələstin əsilli amerikalı, ordunun keçmiş mayoru Nidal Malik Həsənin edamı canlı yayımlanacaq. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyi Pentaqon nümayəndəsinə istinadən məlumat yayıb.
Edam dekabrın 3-də Texas ştatındakı Fort-Hud hərbi bazasında güllələnmə yolu ilə həyata keçiriləcək. Reuters qeyd edir ki, Həsən 1945-ci ildən bəri ABŞ hərbçiləri tərəfindən güllələnmə yolu ilə edam edilən ilk məhkum olacaq.
“İkinci Dünya müharibəsi zamanı sahib olduğumuz yanaşma mənim xoşuma gəlir”, – deyə AFP agentliyi ABŞ-ın müdafiə naziri Pit Heqsetdən sitat gətirib.
56 yaşlı Həsənin güllələnmə yolu ilə edam edilməsi təklifini ABŞ-ın müdafiə naziri Pit Heqset irəli sürüb, prezident Donald Tramp isə bu təklifi dəstəkləyib.
AFP-nin məlumatına görə, Heqset müsahibələrinin birində Həsəni “əsgərlər güllələyəcək və biz insanların bunu görə bilməsini, edamın ictimaiyyət qarşısında həyata keçirilməsini təmin edəcəyik” deyə bildirib.
Almaz Həsənli

.jpg)


















.jpg)








.jpg)
































.jpg)




.jpg)

.jpg)














