Rusiya ilə artan gərginlik fonunda daha bir NATO təlimi elan edilib

Rusiya ilə artan gərginlik fonunda daha bir NATO təlimi elan edilib

14:20
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya ilə ittifaq arasında artan gərginlik fonunda İtaliya 12-18 oktyabr tarixlərində NATO-nun illik "Stedfast Noon" nüvə çəkindirmə təliminə ev sahibliyi edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İtaliya Müdafiə Nazirliyi təlimin adi olacağını və NATO-nun inteqrasiya olunmuş strateji müdafiəsinin bir hissəsi kimi keçiriləcəyini bildirib. Təlimin 13 oktyabrda başlaması və bir həftə davam etməsi planlaşdırılır.

KİV-in məlumatına görə, "Təlim zamanı canlı silahlardan istifadə olunmayacaq və fəaliyyətlər yalnız müttəfiq qüvvələr arasında prosedurları, koordinasiyanı və təhlükəsizlik standartlarını sınaqdan keçirməyə yönəlib".

Nəşr həmçinin qeyd edib ki, Rusiya NATO-ya ittifaqı "yüksək birbaşa silahlı münaqişə riski" daşıyan "təhlükəli və ehtiyatsız bir kurs"da ittiham edən sənəd göndərib.

Bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Draqone Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında münasibətlərin gərginləşməsinin heç kimə fayda vermədiyini bildirmişdi.

Həmçinin oktyabr ayında Draqone vurğulamışdı ki, alyans Rusiyanın hərəkətləri qarşısında Ukrayna ilə "sərt-sərhədsiz çiyin-çiyinə" dayanacaq.

Bundan əlavə, oktyabr ayında NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Aleksus Qrinkeviçin Moskvanın müttəfiq ölkələrinə hücumu halında Rusiya üzərində "tez qələbə" planı hazırladığı bildirilmişdi.

Daha əvvəl Lavrov NATO-nun Rusiyaya qarşı müharibə planı hazırladığı barədə məlumatlara münasibət bildirmişdi.

Əziz Mustafa