Rusiyanın diversiyaları Böyük Britaniyaya ildə 2,5 milyard funt-sterlinqə başa gəlir
Rusiyanın Böyük Britaniyaya qarşı düşmənçilik fəaliyyətlərinin iqtisadi nəticələri Birləşmiş Krallığa ildə təxminən 2–2,5 milyard funt-sterlinqə (təxminən 2,6–3,2 milyard dollar) başa gəlir. Oxuməni.az xəbər verir ki, bu barədə The Financial Times qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu rəqəm yenidən silahlanma məsələləri üzrə parlamentlərarası qrupun sədr müavini, Leyboristlər Partiyasının üzvü Qrem Dauninin hesabatında əksini tapıb.
Britaniya deputatı «Putinin vergiləri» adlı yeni hesabatında Rusiyanın Böyük Britaniyaya qarşı apardığı hibrid müharibənin nəticələrinin aradan qaldırılması, bərpa işləri və ölkənin dayanıqlılığının gücləndirilməsinə yatırılan investisiyalar üçün Britaniya hökumətinin çəkdiyi xərcləri hesablayıb.
Araşdırmaya görə, Rusiyanın düşmənçilik fəaliyyətləri nəticəsində Böyük Britaniyanın illik itkiləri orta hesabla 2–2,5 milyard funt-sterlinq təşkil edir. Bu məbləğin 400–500 milyon funt-sterlinqi 2022-ci ildən etibarən ölkədə baş vermiş insidentlər əsasında hesablanıb. Bunlara Jaguar Land Rover, Royal Mail və Milli Səhiyyə Xidmətinin (NHS) təchizatçılarına qarşı hücumlar daxildir.
Bundan əlavə, Rusiyayla əlaqəli kiberhücumlar Böyük Britaniyaya 1,47 milyard funt-sterlinqə başa gəlib. Bu məbləğ sahə üzrə aparılmış təhlillər və kəşfiyyat məlumatları əsasında hesablanıb.
Bununla yanaşı, sualtı kabellərə və onlarla əlaqəli infrastruktura dəyən zərər Böyük Britaniyaya 250–500 milyon funt-sterlinqə başa gəlib.
Dauninin sözlərinə görə, real rəqəmlər əhəmiyyətli dərəcədə daha yüksək ola bilər. Çünki hökumətin rəsmi açıqladığı məlumatlar vəziyyətin tam mənzərəsini əks etdirmir. O vurğulayıb ki, Böyük Britaniyada düşmən dövlətlərin fəaliyyətinin iqtisadi nəticələrinin qiymətləndirilməsi üzrə vahid sistem mövcud deyil və bu səbəbdən bir çox diversiya halları maliyyə baxımından nəzərə alınmır.
Deputatın sözlərinə görə, bunun nəticəsində nə parlament üzvləri, nə də ictimaiyyət «maliyyə nəticələrinin miqyası barədə aydın təsəvvürə malikdir».
Almaz Həsənli





.jpg)




































.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)












