Cənubi Koreya Ukraynadakı səfirini  geri çağırıb

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırıb

13:21
Bəyəndim (1) Bəyənmədim (0)

Seul Kiyevlə "bütün həll olunmamış məsələlərin rahat həllinə" ümid edir və Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcək.

Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynadakı səfirinin geri çağırıldığını elan etdi.

Oxuməni.az xəbər verir ki, Nazirlik bu barədə cümə axşamı bəyan edib. Bununla bağlı rəsmi açıqlamada deyilir: "Hökumət Ukraynadakı səfiri geri çağırmaq qərarına gəlib. Hökumət iki ölkə arasında həll olunmamış bütün məsələlərin rahat həllinə ümid edir və bu məqsədlə Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcək".

Xatırladaq ki, Cənubi Koreya iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi ilə bağlı məlumatın açıqlanmasına görə Ukraynanın üzr istəməsini "qeyri-kafi" hesab edir. Seul cavab olaraq "qətiyyətli tədbirlər" görməyi düşünürdü.

Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev və Seul iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsindən sonra, eləcə də Rusiyaya yanacaq ixracı ilə bağlı xəbərlərdən sonra yaranan vəziyyəti həll etmək üçün qapalı diplomatik kanallar vasitəsilə işləyirlər.

Əziz MUSTAFA