Çin logistika şirkəti əməkdaşının səhvi ucbatından F-35 detallarını əldə edib
Çin, "United Parcel Service Inc." (UPS) logistika şirkətinin bir əməkdaşının yükün Honkonq vasitəsilə göndərilməsinin yolverilməzliyi barədə xəbərdarlıq e-poçtunu gözdən qaçırmasından sonra ABŞ-ın F-35 qırıcı təyyarəsinin detallarına çıxış əldə edib. Oxuməni az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Müsadirə edilmiş partiyada radioşüauducu materialla örtülmüş kabin fənəri və silah bölməsinin qapağı olub. Agentliyin mənbələrinə görə, reysin gecikməsi səbəbindən UPS əməkdaşı səhvən komponentləri Honkonq vasitəsilə yönləndirib və başqa bir İT sistemi vasitəsilə gələ biləcək DSV xəbərdarlığını nəzərdən qaçırıb.
Detallar təmir və ya utilizasiya üçün Avstraliyadan ABŞ-a göndərilirdi. Yük yolda olarkən Cənubi Koreyada dayanacaq edib, bundan sonra Honkonqa yönləndirilib. Çin hakimiyyəti komponentləri müsadirə edib.
ABŞ Konqresinin azı iki komitəsi, Pentaqon, eləcə də Avstraliya hakimiyyəti araşdırmalara başlayıb.
ABŞ-ın Hökumət Hesabatlılığı İdarəsi (GAO) qeyd edib ki, çinli mütəxəssislər böyük ehtimalla radioşüauducu texnologiyaların əks-mühəndislik (reverse engineering) prosesinə başlayıblar.
Almaz Həsənli





























.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)

























