Abbas Araqçini neft nazirindən sonra vəzifədən kənarlaşdırmağa çalışırlar
Bir qrup iranlı deputat İslam Respublikasının xarici işlər naziri Abbas Araqçinin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib; müvafiq prosedurla bağlı sorğu artıq Məclisdə (parlamentdə) qeydiyyata alınıb. Oxuməni. az xəbər verir ki, bu barədə cümə axşamı "Kommersant" qəzeti məlumat yayıb.
"Abbas Araqçinin 2024-cü ildən tutduğu vəzifədən kənarlaşdırılması prosedurunun başladılması ilə bağlı sorğu oktyabrın 6-da Məclisdə qeydiyyata alınıb. Prosesin əsas təşəbbüskarı ultra-mühafizəkar düşərgəni təmsil edən deputat Əmir Hüseyn Sabeti olub. Deputat İran diplomatiyasının rəhbərinə qarşı irəli sürdüyü iddialar sırasında onun Nyu-Yorkda, BMT Baş Assambleyasının kuluarlarında ABŞ administrasiyasının nümayəndələri ilə təmaslarını qeyd edib. Sabeti iddia edir ki, tərəflərin münaqişənin nizamlanması planı ilə bağlı fikir mübadiləsi apardıqları danışıqlar guya İslam Respublikasının ali rəhbəri Müctəba Xameneinin icazəsi olmadan baş tutub", - deyə nəşrdə qeyd olunur.
Bundan əlavə, qəzetin yazdığına görə, "diplomatik idarənin rəhbəri təkcə Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında amerikalı rəsmilərlə icazəsiz təmaslarda deyil, həm də neft qiymətlərinə təsir etdiyi iddia edilən ictimai çıxışlarda günahlandırılır".
"Nyu-Yorka səfəri zamanı Abbas Araqçi həqiqətən də Amerika mediasına bir neçə müsahibə verib və orada İranın münaqişənin diplomatik yolla nizamlanmasına hazır olduğunu vurğulayıb. İndi nazirin tənqidçiləri bildirirlər ki, məhz bu cür ictimai siqnallar sentyabr ayında dünya neft bazarında çaxnaşmanı azaltmağa və müəyyən dərəcədə neft qiymətlərini Amerika iqtisadiyyatının xeyrinə sabitləşdirməyə kömək edib", - deyə məqalədə bildirilir.
Eyni zamanda qeyd olunur ki, "nazirin vəziyyətini onun Nyu-Yorkdakı fəaliyyəti ilə bağlı şayiələr də ağırlaşdıra bilərdi".
"Mühafizəkar analitik mərkəz olan "Demokratiyaların Müdafiəsi Fondu" (FDD) oktyabrın 3-də mənbələrə istinadən xəbər verib ki, BMT Baş Assambleyasına səfəri zamanı Abbas Araqçi ABŞ-dan sığınacaq istəyib, lakin ona rədd cavabı verilib", - deyə nəşr bildirir.
"Kommersant" xatırladır ki, Araqçinin istefası ilə bağlı kampaniya İranın neft naziri Möhsün Paknejadın istefasından iki gün sonra başlayıb.
Almaz Həsənli





























.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)

























