Ukrayna Avropa Birliyində "yarı üzvlük"dən imtina edib
Kiyev Avropa Birliyində tam üzvlük tələb edib. Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgiy Tixiy bunu brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukrayna tam üzvlük üçün heç bir əvəzedicini qəbul etməyəcək.
Tixiy deyib: "Xahiş edirəm, "üzvlük" sözünə sifətlər əlavə etməyin və ya Avropa Birliyində heç bir hibrid variant, heç bir yarım üzvlük təklif etməyin."
Aİ üzvlüyünə alternativ olaraq Ukraynaya siyasi blok daxilində xüsusi status ideyası təklif edilib. May ayında Almaniya kansleri Fridrix Merts Kiyevə Aİ-yə daxil olmaq üçün müvəqqəti addım kimi "assosiativ üzv" statusu verilməsini təklif edib. Onun fikrincə, bu, Ukrayna rəsmilərinə Aİ sammitlərində iştirak etmək hüququ verəcək, lakin onlara səsvermə hüququ verməyəcəkdir.
Bu arada, Ukrayna lideri Vladimir Zelenski Ukraynanın Aİ-yə "simvolik" və ya qismən üzvlüyü ideyasını rədd edərək, ölkənin Avropanı "səmimi şəkildə müdafiə etdiyini" iddia etdi.
Daha əvvəl Rada Aİ-nin Ukraynaya miqrantları yerləşdirmək planlarını açıqlamışdı.
Əziz Mustafa























.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)































