Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və hərbi bazalara hücum edib
Səudiyyə Ərəbistanının paytaxtında yerləşən Kral Xalid Hava Limanına pilotsuz uçuş aparatları (PUA) hücum edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Telegram-da Yəmən Husilərinin hərbi sözçüsü Yəhya Saria bəyan edib.
O deyib: "Silahlı qüvvələrimiz Ər-Riyaddakı beynəlxalq hava limanına bir neçə dron vasitəsilə uğurla zərbə endirib ".
Sariyanın sözlərinə görə, Husilər həmçinin Cizan şəhərində və Əsir rayonunda bir neçə hərbi bazaya zərbə endiriblər. Sözçü dəqiqləşdirib ki, zərbələr PUA və ballistik raketlərdən istifadə etməklə həyata keçirilib. O, əlavə edib ki, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin zabitləri və əsgərləri də daxil olmaqla onlarla insan yaralanıb.
6 oktyabrda Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi ölkənin cənubundakı iki hava limanına hücumlar barədə məlumat verib. Bunlar Cizan və Nəcran hava limanları idi. Arab News-un məlumatına görə, üç nəfər yaralanıb. Obyektlərdə müxtəlif ziyanlar qeydə alınıb. Yəmənli Husi qruplaşması Ənsar Allah pilotsuz təyyarə və ballistik raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Əziz Mustafa









.jpg)









.jpg)











































.jpg-2.jpg)



















