İsrail Fələstin Milli Administrasiyasına qarşı genişmiqyaslı müharibəyə hazırlaşır
İsrail Müdafiə Ordusuna (ÇAHAL) İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik qüvvələrinə qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmaq əmri verilib. Oxuməni.az xəbər verir ki, bu barədə müdafiə naziri İsrael Kats hökumətin iclasında bildirib. Məlumatı The Times of Israel yayıb.
Katsın sözlərinə görə, hərbçilər FMA-nın təhlükəsizlik qüvvələrinin və onlarla əlaqəli «Tənzim» təşkilatının silahlarını İsrail köçkünlərinə və hərbçilərinə qarşı yönəldə biləcəyi ssenarini nəzərdən keçirirlər. Nazir bildirib ki, belə bir halda İsrail FMA-ya müharibə elan edəcək və genişmiqyaslı hücuma başlayacaq.
Kats əlavə edib ki, plan onun və Baş nazir Binyamin Netanyahunun təsdiqindən keçib. Plan quru qoşunlarının və aviasiyanın tətbiqini, silahların məhv edilməsini, sakinlərin kütləvi şəkildə təxliyəsini, eləcə də şəhərlərdə və qaçqın düşərgələrində nazirin terror infrastrukturu adlandırdığı obyektlərin dağıdılmasını nəzərdə tutur.
Kats sentyabr ayında da FMA-nı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi hücuma bənzər hücum hazırladığı təqdirdə genişmiqyaslı müharibə ilə hədələmişdi. Bununla belə, İsrailin müdafiə strukturları FMA rəhbəri Mahmud Abbası və onun təhlükəsizlik qüvvələrini İordan çayının qərb sahilində terrorla mübarizədə mühüm müttəfiqlər hesab edir, The Times of Israel qeyd edir.
Almaz Həsənli






.jpg)



















































.jpg-2.jpg)
























