Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı 14 hərbçinin ölümü ilə bağlı həbs edilib

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı 14 hərbçinin ölümü ilə bağlı həbs edilib

12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda 2026-cı il sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı 14 hərbçinin həlak olması ilə bağlı aparılan istintaq çərçivəsində ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş baş komandanı Kanat Niyazbekov həbs edilib. Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Daxili İşlər Nazirliyinə istinadən Tengrinews.kz məlumat yayıb.

2016-cı ildə 1-ci dərəcəli kapitan rütbəsi alan Niyazbekov oktyabrın 3-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən HDQ baş komandanı vəzifəsindən azad edilib.

Oktyabrın 5-də Tokayev Müdafiə Nazirliyində vəziyyətin hərtərəfli yoxlanılması üzrə Komissiyanın üzvləri ilə iclas keçirib. İclas zamanı o, beş vəzifəli şəxsin həbs edildiyini açıqlayıb. Rusiya agentliyi “İnterfaks”ın məlumatına görə, onların arasında HDQ baş komandanının qərargah rəisi – birinci müavini, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölüyünün və katerin komandirləri də var.

Bundan əlavə, dövlət əmlakının mümkün mənimsənilməsi, vəzifədən sui-istifadə və digər cinayətlərlə bağlı 13 cinayət işi açılıb.

Almaz Həsənli