Pakistan Fəth-4 qanadlı raketinin uğurlu sınağını elan etdi
Pakistan Ordusu Fəth-4 dəqiq idarə olunan yer-yer kruiz raketini uğurla sınaqdan keçirdi. Oxuməni.az xəbər verir ki,
bu barədə İslam Respublikası silahlı qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) məlumat verib.
Buruluşun məqsədi qoşunların əməliyyat hazırlığını təmin etmək və dəqiqliyi artırmaq üçün raketin əsas texniki sistemlərini sınaqdan keçirmək idi. ISPR-in mətbuat açıqlamasında deyilir: "Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş Fəth-4 uzun məsafəli hədəfləri yüksək dəqiqliklə vura bilir".
Fəth-4 Pakistan Ordusunun Raket Komandanlığı üçün hazırlanıb. 120 km və 750 km mənzilli Fəth raket modifikasiyalarının əvvəlki sınaqları 2025-ci ilin may və sentyabr aylarında keçirilib.
Əziz Mustafa
Digər xəbərlər



.jpg)


















































.jpg-2.jpg)


















.jpg)









