Ukrayna hər ay itirdiyi öz hərbçilərinin sayından daha çox rusiyalı hərbçini əsir götürür
2026-cı ildə Ukrayna tərəfindən əsir götürülən rusiyalı əsgərlərin sayı ilə Rusiya əsirliyində saxlanılan ukraynalıların sayı arasındakı fərq əhəmiyyətli dərəcədə artıb.
2026-cı ildə Ukrayna hər ay Rusiyanın əsir götürdüyü ukraynalıların sayından orta hesabla 107 nəfər daha çox rusiyalı əsgəri əsir götürüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahının məlumatında deyilir. Qeyd edilir ki,ilin ilk səkkiz ayı ərzində bu fərq 858 hərbi qulluqçu təşkil edib.
Bu tendensiya 2023-cü ilin ortalarında, Ukraynanın Rusiyanın əsir götürdüyü ukraynalıların sayından daha çox rusiyalı əsgəri əsir götürməyə başlaması ilə özünü büruzə verməyə başladı. 2024 və 2025-ci illərdə Ukraynanın mübadilə üçün nəzərdə tutulan əsir fondu da Rusiyanınkına nisbətən daha sürətlə artdı.
Koordinasiya Qərargahı izah edir ki, əsas amil Ukrayna qoşunlarının hərəkətləridir; onlar "öz həyatlarını riskə ataraq düşməni sağ ələ keçirirlər".
Eyni zamanda, Ukrayna rusiyalı əsgərlərə yönəlmiş informasiya kampaniyası aparır. Onlara bildirilir ki, "təslim olmaq həyatlarını xilas etmək şansı yaradır" və əsirlər sonradan layiqli şəraitdə saxlanılırlar.
2026-cı ildə hər iki tərəfdən əsir götürülən əsgərlərin sayı arasındakı fərq artmaqda davam edib. Əvvəllər də xəbər verildiyi kimi, Ukraynada saxlanılan hər on rusiyalı hərbi əsirdən biri başqa ölkənin vətəndaşıdır. Sentyabr ayına olan məlumata görə, əsirlər arasında 55 ölkənin vətəndaşı var.
Əziz MUSTAFA

























.jpg-2.jpg)


















.jpg)





































