İohann Vadeful: Rusiya Sovet İttifaqını bərpa etməyə çalışır
Alman rəsmisi iddia edir ki, İohann Vadeful Rusiya Sovet İttifaqını bərpa etmək səyləri çərçivəsində Ukraynadan kənara çıxan planlar qurur. Oxuməni.az xəbər verir ki, onun fikirləri Almaniyanın "n-tv" telekanalı tərəfindən işıqlandırılıb.
O, Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırdığı bəyanatını xatırladıb. Vadeful belə bir arqument irəli sürüb ki, əgər bu, ən böyük fəlakət idisə, Rusiya lideri "yəqin ki, onu düzəltmək istəyir".
Alman rəsmisi hesab edir ki, məsələ Ukrayna, Gürcüstan, Moldova və Baltikyanı ölkələrə aiddir. Lakin sonuncular Aİ və NATO üzvü olduqları üçün onların müttəfiqləri də bu vəziyyətdən təsirlənir.
"Məhz buna görə də biz Rusiyanın daha genişmiqyaslı planlara malik olduğu ehtimalından çıxış etməliyik", - deyə Vadeful bildirib.
Vladimir Putinin özü isə "India Today" telekanalına müsahibəsində Sovet İttifaqının bərpasının müzakirə mövzusu belə olmadığını və bunun mənasız olduğunu, Rusiyanın belə bir məqsəd güdmədiyini bəyan edib. Onun sözlərinə görə, mövcud şəraitdə bunu etmək qeyri-məntiqli olardı, çünki bu, Rusiya Federasiyasının milli və dini tərkibini kökündən dəyişdirərdi. Putin həmçinin SSRİ-nin dağılmasına görə kimisə günahlandırmaqdan çəkinərək, sistemin özünü doğrultmadığını və yaşaya bilməyəcəyini qeyd edib.
Daha əvvəl NATO Rusiyanın SSRİ-ni bərpa etmək üzrə guya mövcud olan planları ilə bağlı narahatlığını ifadə etmişdi.
Əziz MUSTAFA































.jpg-2.jpg)


















.jpg)































