İki ölkə Səudiyyə Ərəbistanına qoşun göndərir

İki ölkə Səudiyyə Ərəbistanına qoşun göndərir

08:02
Bəyəndim (1) Bəyənmədim (0)


Türkiyə və Pakistan hökumətləri Səudiyyə Ərəbistanını müdafiə etmək üçün qoşunlarını göndərəcəklər. Qərar 5 oktyabr bazar ertəsi günü, Yəməndən husilərin raket və pilotsuz təyyarə hücumlarından sonra verilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Berliner Zeitung qəzetinin məlumatında deyilir. Hələlik qoşunların sayı və və Səudiyyə Ərəbistanında qalma müddəti açıqlanmayıb. Üç ölkə avqust ayında bir müqavilə imzalayıblar ki, ona görə də onlardan birinə hücum hamıya hücum hesab olunur.

Bazar ertəsi günü adı çəkilən ölkələr Pakistan Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş birgə bəyanat yayıblar. Orada bildirilirdi ki, pakt "dərhal" tətbiq olunacaq: razılaşdırılmış qoşunlar və hərbi imkanlar ayrılacaq və onların Səudiyyə Ərəbistanına "sürətli köçürülməsi" təmin edilmələcək.

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman bildirib ki, krallığa və onun müqəddəs yerlərinə hücumlara qarşı "kollektiv çəkindirmə" artıq qüvvədədir. O, üç ölkənin krallığı müdafiə etmək üçün birlikdə çalışacağını bildirib.

Bəyanatda ölkələr Məkkə və Mədinəyə hücum cəhdlərini, eləcə də Səudiyyə şəhərlərinə, mülki şəxslərə və iqtisadi hədəflərə edilən hücumları pisləyirlər. Husilər İslam müqəddəs yerlərini hədəf aldıqlarını inkar edirlər.

Sentyabrın sonlarında Səudiyyə Ərəbistanı Məkkənin cənubunda Husi pilotsuz təyyarəsinin tutulduğunu bildirib. Tezliklə Mədinədə Peyğəmbər məscidini enerji ilə təmin edən elektrik yarımstansiyası zədələnib. Ər-Riyadın rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, pilotsuz təyyarənin qalıqları Husilərin iştirakını sübut edir.

Husilər həmçinin Ər-Riyaddakı Saudi Aramco obyektinə hücum etmək üçün ballistik raketlərdən və dronlardan istifadə etdiklərini iddia ediblər. Şahidlər Reuters agentliyinə yaxınlıqda yanğın və tüstü gördüklərini bildiriblər. Səudiyyə Ərəbistanı və Aramco əvvəlcə yanğının səbəbini təsdiqləmədilər.

Üç hökumət bu qoşunların yalnız Səudiyyə Ərəbistanının ərazisini müdafiə etmək, yoxsa Yəməndə döyüşmək üçün yerləşdiriləcəyini dəqiqləşdirmədi.

Bir gün əvvəl Yəmən hökuməti ölkənin bütün ərazilərinə nəzarəti bərpa etmək məqsədi ilə husilərə qarşı genişmiqyaslı hərbi kampaniyanın başladığını elan etdi.

Yəmən hökumət qüvvələrini silahlandıran və təlim keçən Səudiyyə Ərəbistanı hərbi kampaniyanı hava qüvvələri ilə dəstəkləyir və husiləri məğlub etmək, Qırmızı dənizdə sərbəst keçidi bərpa etmək və qrupun ərazisinə hücumlarını dayandırmaq üçün müttəfiqlərindən lojistik yardım istəyib.

Bazar ertəsi günü Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri strateji Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini elan etdilər. Bu arada, ərazidə husilərlə döyüşlər davam edir.

Əziz MUSTAFA