ABŞ strateji bombardmançılarını Britaniyanın Feyrford bazasından çıxarıb
ABŞ özünün B-1 bombardmançılarını Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin Feyrforddakı aviabazasından çıxarıb. Qərar obyektə hücumla bağlı ehtimal olunan sui-qəsd planları ilə əlaqədardır. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bundan əvvəl bazaya hücum cəhdi ilə bağlı altı şübhəli şəxs həbs edilmişdi. Hücum sentyabrın 27-də qarşısı alınıb. Böyük Britaniyanın Baş naziri Endi Bernem İranın bu insidentdə əli olduğuna dair "ciddi əsasların" olduğunu bildirib. Hadisə "Britaniyanın şübhəli şəxsləri girov müqabilində azad etməsi, lakin istintaqı davam etdirməsi səbəbindən sirr pərdəsi altında" qalıb.
Sentyabrın 29-da ABŞ dövlət katibi Marko Rubio "Fox News"a açıqlamasında Feyrford aviabazasındakı insidentdə xarici müdaxilənin olduğunu bildirmişdi.
Qeyd edək ki, Feyrford ABŞ-ın strateji bombardmançılarının Avropada eniş etdiyi yeganə bazadır. ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatı zamanı Feyrford aviabazasında 20-dən çox ABŞ-ın B-1B Lancer və B-52H Stratofortress strateji bombardmançısı yerləşdirilmişdi və onlar İranın ən mühüm hədəflərinə zərbələr endirmişdilər. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) o zaman İngiltərədəki Feyrford aviabazasını İranın cavab tədbirləri üçün "qanuni hədəf" elan etmişdi.
Almaz Həsənli



















































































