Litva Aİ-ni miqrantların geri qaytarılması üçün üçüncü ölkələrə siyasi təzyiq göstərməyə çağırdı
Litva hakimiyyəti Avropa Birliyini Aİ-yə girişi qadağan edilmiş miqrantların geri qaytarılması ilə bağlı üçüncü ölkələrlə daha fəal şəkildə əlaqə saxlamağa, o cümlədən siyasi təzyiq göstərməyə çağırıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın daxili işlər naziri Martynas Katelinas bildirib.
"Miqrantların geri qaytarılması ilə bağlı müzakirələrdən nəticəyə keçməyin vaxtıdır. Bir şəxsin Aİ-də qalmaq hüququ olmadığı barədə qərar qəbul edilərsə, üzv dövlətlər bunu tətbiq edə bilməlidirlər. Bu, belə miqrantların mənşəyinin olduğu ölkələrə daha güclü siyasi təzyiq tələb edir",- deyə nazirliyin bəyanatında Katelinasın Lüksemburqda Aİ ədliyyə və daxili işlər nazirlərinin görüşündə dediyi sözlərdən sitat gətirilir.
Baltikyanı respublikanın daxili işlər nazirinin sözlərinə görə, miqrasiya riskləri bu çətinliklər Aİ sərhədlərinə çatmazdan əvvəl müəyyən edilməli və həll edilməlidir. Katelinas deyib: "Böhranları sonradan neytrallaşdırmağa çalışmaqdansa, onlardan qaçmaq daha yaxşıdır".
Əziz Mustafa




















































































