ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə "Patriot" sistemləri yerləşdirib
Amerika Birləşmiş Ştatları Yaxın Şərqə daha iki batareya "Patriot" zenit-raket kompleksi göndərib. Bu sistemlər Səudiyyə Ərəbistanı və Qətər ərazisindəki neft-qaz obyektlərini qorumalıdır. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin izahına görə, bu addımın məqsədi Vaşinqtonun müttəfiqlərinə, ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı təqdirdə onların əsas enerji obyektlərinin müdafiə olunacağına dair təminat verməkdir.
Portalın məlumatına görə, bu ssenariyə hazırlıq fonunda ABŞ silahlı qüvvələri regiona əlavə olaraq hərbi gəmilər, qırıcı təyyarələr və şəxsi heyət göndərir.
Almaz Həsənli
Digər xəbərlər




















































































