Volqoqrada dron hücumu yaşayış binasında yanğına səbəb olub, xəsarət alanlar var
Ukrayna Volqoqrad vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Oxuməni.az xəbər verir ki, bu barədə Regional qubernator Andrey Boçarov Telegram-da bəyan edib. O deyib ki, hücumun ciddi nəticələri olub.
Boçarovun sözlərinə görə, dronlar sənaye infrastrukturuna hücum edib. Volqoqradın Krasnoarmeyski rayonundakı Udmurtskaya küçəsindəki bir mənzil binasında da yanğın baş verib, bir nəfər xəstəxanaya yerləşdirilib. Hələlik başqa xəsarət alanlar barədə məlumat verilməyib. Xilasedicilər yanğını söndürüblər. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir.
Boçarov əlavə edib ki, "Təcili yardım xidmətlərinə və bələdiyyəyə dəyən ziyanı qiymətləndirmək, nəticələri aradan qaldırmaq və müvəqqəti yaşayış mərkəzləri hazırlamaq üçün göstərişlər verilib".
Əziz MUSTAFA




















































































