Mask Pentaqonun müharibələrin gələcəyinin öyrənilməsi üzrə yeni layihəsinə rəhbərlik edəcək
İlon Mask Pentaqonun müharibələrin aparılmasının gələcəyini öyrənmək üçün nəzərdə tutulan yeni layihəsinin rəhbərlərindən biri olacaq. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Virciniya ştatındakı Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı məlumat verib.
ABŞ hərbçilərinə illik müraciəti zamanı çıxış edən Heqset "Meridian" layihəsinin başladığını elan edib və İlon Maskı, həmçinin VR-ixtiraçı Palmer Lakini və Nyut Qinqriçi layihənin həmsədrləri təyin edib.
Təşəbbüs Pentaqonun baş texnologiya direktoru Emil Mayklın rəhbərliyi altında həyata keçiriləcək.
"Bu gün mənim göstərişimlə müharibələrin aparılmasının gələcəyini öyrənmək üçün Amerikanın ən parlaq beyinlərinin rəhbərlik edəcəyi "Meridian" layihəsinin başladığını elan edirəm. Nazirliyin baş texnologiya direktoru Emil Mayklın rəhbərliyi altında "Meridian" layihəsinə ölkəmizin üç ən parlaq zəkası – İlon Mask, Palmer Laki və Nyut Qinqriç birgə rəhbərlik edəcəklər", - deyə o bildirib.
Almaz Həsənli

.jpg)


















































































