Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan edir

Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan edir

15:33
Bəyəndim (1) Bəyənmədim (0)

Cümə axşamı keçirilən iclasda Estoniya hökuməti beynəlxalq sanksiyalar haqqında qanuna əsasən Rusiya və Belarusdan taxıl tranzitini qadağan etmək qərarına gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxnanın rəsmi açıqlmasında deyilir.

Nazir qeyd edib ki, "Hökumətin sanksiyalarının məqsədi Rusiya sahibkarlarının gəlir imkanlarını azaltmaq və hərbi fəaliyyəti maliyyələşdirən gəlir mənbələrini məhdudlaşdırmaqla Rusiya Federasiyasına hərbi təcavüzə son qoymaq üçün təzyiq göstərməkdir".

Onun fikrincə, "Qara dənizdəki təhlükəsizlik vəziyyətinə görə təkbaşına Rusiya məsuliyyət daşıyır və bu, həm Ukraynadan, həm də Rusiyadan Qara və Azov dənizləri vasitəsilə taxıl ixracını ciddi şəkildə pozub".

Eyni zamanda qəbul edilən qərarda qeyd olunur ki, "Rusiya taxıl ixracının bir hissəsini Baltik dənizi vasitəsilə yenidən istiqamətləndirmək üçün fəal şəkildə imkanlar axtarır. Estoniya dövləti Rusiyanın taxıl ixracı üçün limanlarımızdan istifadəsini qəbuledilməz hesab edir".

Sentyabrın 10-da Estoniya Xarici İşlər Nazirliyi respublikanın Rusiya taxılının tranzitini dayandırmaq üçün regional və ya ümumavropa həlli tapmaqda Latviya və Litva ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. Çərşənbə günü Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Riqada bu məsələ ilə bağlı Latviya prezidenti Edqars Rinkeviçs və xarici işlər naziri Bayba Braje ilə danışıqlar aparıb.

Əziz Mustafa