ABŞ-da qalmaqal: Kremlin adamı Trampın oğluna hansı məqsədlə açıq şəkildə rüşvət verib?

ABŞ-da qalmaqal: Kremlin adamı Trampın oğluna hansı məqsədlə açıq şəkildə rüşvət verib?

10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Kremlin adamı Trampın oğluna öncədən planlaşdırılmış məqsədlə açıq şəkildə rüşvət verməsindən sonra ABŞ-da qalmaqal səngimək bilmir.Putinin adamı Umar Kremlevin bunu guya IBA üçün Olimpiya boksu üzərində nəzarəti bərpa etmək istəyi ilə etdiyi barədə qondarma iddia ortaya atılıb. Ehtimal edilir ki, bu əsassıs iddianın The Telegraph-da dərc olunmasının da arxasında Rusiya kəşfiyyatı dayanır. Bütün bunlar isə öz növbəsində vaxtı ilə Rusiya kəşfiyyatı tərəfindən Donald Trampın Moskvada ələ alınması barədə əmələ gələn şübhələrin təsadüfi olmamasına diqqətin yenidən cəlb olunmasına gətirib çıxarıb.

Donald Trampın toy mərasimlərinin bir hissəsini ödəyən rusiyalı iş adamı Umar Kremlev, bundan istifadə edərək, assosiasiyası olan IBA üçün Olimpiya boksu üzərində nəzarəti bərpa etmək istəyir.

Oxuməni.az xəbər verir ki, bu barədə The Telegraph-da dərc olunmuş uzun bir məqalədə iddia edilir. Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlevin Donald Trampın Bettina Andersonla toyunda şəxsi adanın icarəsi və atəşfəşanlıq üçün ən azı 170.000 dollar ödədiyi aşkar edildikdən sonra ABŞ-da qalmaqal davam edir.

The Telegraph qəzetinin "iddiasına" görə, bu münasibətlərin arxasındakı aydın məqsəd IBA-nın Olimpiya turnirlərinə ev sahibliyi etmək hüququnu bərpa etməkdir. . Kremlev hazırda qlobal idmanda nüfuzunu bərpa etmək üçün pulundan və əlaqələrindən istifadə etməyə çalışır.

"Mən Umara yalnız lider deyil, həm də dost deyirəm",- deyə Tramp kiçik əvvəllər IBA-nın birgə tədbiri zamanı bildirib.

Dəbdəbəli hədiyyə və rusiyalı şəxsin tədbirdə iştirakı Amerika qanunvericiləri arasında da narahatlıq doğurub. ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, konqresmen Robert Qarsiya açıq şəkildə soruşub: "O, qarşılığında nə əldə etdi? Bizə cavablar lazımdır".

Bu arada, Nümayəndələr Palatasının Demokratları Trampın oğlunun Kremllə əlaqələrini araşdırmağa başlayıblar. Onlar həmçinin prezidentin ailəsinin onun vəzifədə olduğu müddətdə varlanıb-varlanmadığını da araşdırırlar. Belə bir fikir söylənilir ki, əslində söhbət Kremlevin Trampın oğlunun toy xərclərini ödəməsi açıq şəkildə rüşvət verilməsindən gedir. Bunun arxasında hansısa boks federasiyası üzərində nəzarətin bərpa edilməsin deyil, bu yolla Tramp administrasiyasının qəbul edəcəyi qərarların Rusiyanın təsiri altında saxlanılması və onun idarə edilməsi dayanır.

Umar Kremlev (əsl adı Lütfülloyev) 2020-ci ildən IBA-ya rəhbərlik edir. O, əvvəllər cinayət qeydləri almışdı və Rusiya Boks Federasiyasına rəhbərlik edib. O, Rusiyanın güc dairələrində yüksəlişinə "Gecə Qurdları" bayker klubu və Rusiya diktatoru Vladimir Putinin təhlükəsizlik xidmətinin rəhbəri ilə əlaqələri sayəsində başladı. Kremlev daha sonra Rusiyada mərc və lotereya bazarında inhisar qazandı və 2024-cü ildə Putin ona "Dostluq" ordeni verdi.

Əvvəllər medianın Rusiya diktatoru Vladimir Putinin siyasi və biznes dairəsi ilə əlaqələndirdiyi Umar Kremlevin Tramp kiçik və həyat yoldaşı Bettina üçün iki günlük toydan sonrakı şənliklərin, o cümlədən yeni evlənənlər və qonaqlar üçün xüsusi adanın icarəsinin və atəşfəşanlığın xərclərini ödədiyi bildirilirdi. Ödənişi təsdiqləyən Bettina özü Kremlevi "əziz dostumuz" adlandırır.

Mediada yayılan məlumatlara görə, Kremlev qəbulun keçirildiyi və qonaqların qaldığı xüsusi adanın xərclərini ödəyib. Belə bir adanın qiyməti bir gecə üçün təxminən 100.000 dollardır. Oliqarx həmçinin təşkilatçı şirkətdən təxminən 70.000 dollara başa gələn atəşfəşanlığı maliyyələşdirib və onun komandası tədbirin təşkilinə kömək edib.