ABŞ Avropa Şurasının korrupsiyaya qarşı mübarizə qurumundan çıxıb
ABŞ 1999-cu ildə Avropa Şurası (AŞ) tərəfindən yaradılan Korrupsiyaya Qarşı Dövlətlər Qrupundan (GRECO) çıxdı. Oxuməni.az xəbər verir ki, bu barədə ABC News Dövlət Departamentinin sözçüsü bəyan edib
Sözçünün sözlərinə görə, Vaşinqton təşkilatdan çıxması ilə bağlı rəsmi bildiriş göndərib. Avropa Şurası qərarı təəssüf doğurucu adlandırıb və gələcəkdə əməkdaşlığın bərpa olunmasına ümid etdiyini bildirib.
GRECO korrupsiyanın qarşısının alınması üçün birgə səylərində ABŞ ilə əməkdaşlığı bərpa etməyə açıqdır.
Avropa Şurasının bəyanatında deyilir.
GRECO 1999-cu ildə həmin ilin yanvar ayında Strasburqda imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasının nəzarət orqanı kimi yaradılıb.
Həm Avropa Şurası, həm də Avropa Şurasına üzv olmayan ölkələr qoşulmaq hüququna malikdirlər. ABŞ GRECO-ya 2000-ci ildə qoşulub və Amerika rəhbərliyinin hazırkı qərarından əvvəl yalnız Rusiya və Belarus təşkilatı tərk etmişdi.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatdan çıxmasını tələb edən memorandum imzalayıb. Amerika administrasiyası bu addımı belə strukturlarda iştirakın ölkəyə maddi fayda gətirməməsi ilə izah edib.
Əziz Mustafa

































































.jpg)


















