Tramp süni intellektin adını "superintellekt" olaraq dəyişdi

Tramp süni intellektin adını "superintellekt" olaraq dəyişdi

09:50
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) adının "superintellekt" (Super Intelligence, SI) olaraq dəyişdirilməsi haqqında fərman imzalayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Bu gün prezident Tramp "süni intellekt" termini əvəzinə "superintellekt" termininin istifadə edilməsini nəzərdə tutan fərman imzalayıb (...) Bu qərar davamlı texnoloji innovasiyalara və Amerika xalqı üçün açılacaq hüdudsuz imkanlara diqqət çəkmək məqsədi daşıyır", - deyə məlumatda bildirilir.

Fərman icra hakimiyyətinə aid olan bütün federal qurumların bundan sonra yeni termindən istifadə etmələrini tələb edir.

Tramp ilk dəfə süni intellektin adının dəyişdirilməsi təklifini sentyabrın əvvəlində BMT Baş Assambleyasında çıxışı zamanı irəli sürmüşdü. O, çıxışında ABŞ-ın bütün sənədlərində, eləcə də bütün dünyada "süni intellekt" əvəzinə "daha dəqiq termin olan "superintellekt"in istifadə olunacağına ümid etdiyini bildirmişdi.

Amerika lideri o zaman izah etmişdi ki, "süni" sözü texnologiya haqqında onun "qeyri-real" olması barədə yanlış təsəvvür yaradır.

Almaz Həsənli