Qazaxıstan və Almaniya Avropaya neft və qaz tədarükü sahəsində əməkdaşlıq edəcəklər
Qazaxıstan və Almaniya Avropaya neft və qaz tədarükü də daxil olmaqla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar. Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan və Almaniya prezidentləri Qasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer tərəfindən Qazaxıstan liderinin Berlinə rəsmi səfərindən sonra qəbul edilmiş bəyannamədə deyilir.
"Prezidentlər enerji təhlükəsizliyinin gücləndirilməsi və Avropaya neft və qaz da daxil olmaqla enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi üçün sıx əməkdaşlığı alqışlayırlar. Tərəflər Qazaxıstan-Almaniya Enerji Dialoqu çərçivəsində və Astanadakı H2-Diplo ofisi (Almaniya Xarici İşlər Nazirliyinin iqlim və enerji gündəliyi üzrə təşəbbüsü) vasitəsilə enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi, enerji dəhlizlərinin inkişafı, sənayenin dekarbonizasiyası və bərpa olunan enerji və yaşıl hidrogen istifadəsinin genişləndirilməsi üçün əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - deyə Qazaxıstan Prezidentinin mətbuat xidməti tərəfindən dərc olunmuş sənəddə bildirilir.
Bəyannamədə qeyd olunur ki, Astana və Berlin həmçinin Mərkəzi Asiya ölkələri ilə Almaniya arasında C5+1 formatında əməkdaşlığı alqışlayır və yaxın gələcəkdə yeni bir sammitin keçirilməsini səbirsizliklə gözləyirlər. "Prezidentlər 29 sentyabr 2023-cü ildə Berlində keçirilən birinci Mərkəzi Asiya-Almaniya Zirvə Toplantısında irəli sürülən və 17 sentyabr 2024-cü ildə Astanada keçirilən ikinci sammitdə daha da inkişaf etdirilən Mərkəzi Asiya və Almaniya arasında strateji regional tərəfdaşlığı dəstəklədiklərini bir daha təsdiqləyirlər. Onlar xarici işlər nazirlərinin 11 fevral 2026-cı ildə Berlində keçirilən bu formatdakı görüşünün nəticələrini yüksək qiymətləndirir və yaxın gələcəkdə üçüncü sammitin keçirilməsi planlarını alqışlayırlar", - sənəddə deyilir.
Əziz Mustafa


















































.jpg)

































