Rosatom Ermənistanda digər ölkələrin iştirakı ilə yeni nüvə elektrik stansiyası tikməyi təklif edib
Rosatom Ermənistanda digər ölkələrin iştirakı ilə yeni nüvə elektrik stansiyası tikməyi təklif edib.
Oxuməni.az xəbər verir ki, Rosatom-un baş direktoru Aleksey Lixaçev dövlət korporasiyasının beynəlxalq konsorsium kimi Ermənistanda yeni nüvə elektrik stansiyası tikməyi təklif etdiyini açıqlayıb. Yaxın aylarda Ermənistan hökuməti tikinti tərəfdaşlarını seçəcək və stansiyanın texniki dizaynı barədə qərar verəcək.
"Rosatom artıq Ermənistan tərəfinə 1000 MVt gücündə VVER-1000 qurğusunun tikintisi üçün rəsmi təklif təqdim edib. Rusiya tərəfi, əgər Yerevanın istəyi olarsa, bu layihəni digər ölkələrdən (məsələn, Fransa, Koreya və Çin) istehsalçıları tikintiyə cəlb edən inteqrasiya olunmuş beynəlxalq konsorsium kimi həyata keçirməyə hazırdır", - deyə Aleksey Lixaçev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Yerevan hava limanında bildirib.
Cənab Lixaçevin sözlərinə görə, bu, illik istehlak artımı nəzərə alınmaqla, elektrik enerjisi kəsirini ödəmək üçün 2036-cı ilə qədər stansiyanın tələb olunan gücüdür. Həmin vaxta qədər Ermənistanın mövcud Sovet dövründən qalma Metsamor Atom Elektrik Stansiyası (AES) istismar müddətinin sonuna çatacaq. Rosatom hazırda onu modernləşdirir.
Nikol Paşinyan ABŞ-lı həmkarları ilə Ermənistan AES-in modul reaktorlarla əvəz edilməsini müzakirə etsə də, tərəflər heç bir konkret razılığa gələ bilməyiblər. Baş nazir həmçinin Rusiya, ABŞ, Fransa, Cənubi Koreya və Çinlə müzakirə edilən yeni stansiya tikmək planlarını da müzakirə edib.
Əziz MUSTAFA






























.jpg)




















































