İran parlamenti NPT-dən çıxmaq layihəsinə təcili qaydada baxacaq

İran parlamenti NPT-dən çıxmaq layihəsinə təcili qaydada baxacaq

11:28
Bəyəndim (1) Bəyənmədim (0)

İran parlamentinin spiker müavini Əli Nikzad bildirib ki, ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxması ilə bağlı təklif İran parlamenti tərəfindən nəzərdən keçirilir. Oxuməni. az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"NPT-dən çıxmaqla bağlı üçmərhələli qanun layihəsi baxılma mərhələsindədir və daxil olduğu elan edildikdən sonra həmin gün müzakirə olunacaq; bununla belə, Məclis onun beynəlxalq aspektlərini də nəzərdən keçirəcək", - deyə Nikzad vurğulayıb.

Onun sözlərinə görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) etibar etmir, çünki qurum yalnız göstəriş xarakterli yoxlamalar aparır və İrana qarşı mənfi hesabatlar təqdim edir.

Almaz Həsənli