Yaroslavl vilayətindəki pirotexnika fabrikində baş verən yanğında ölənlərin sayı 15-ə çatıb
Yaroslavl vilayətindəki pirotexnika fabrikində baş verən yanğında ölənlərin sayı 15-ə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə TASS agentliyi təcili yardım xidmətlərinə istinadən məlumat yayıb,
Agentliyə bildirilib ki, "Yanğın nəticəsində 13 nəfər həlak olub; fabrikdə 15 nəfər olub".
Xilasedicilər əvvəlcə uçmuş konstruksiyaları təmizləyərkən beş nəfərin cəsədini tapıblar. Zavoddakı yanğın artıq lokallaşdırılıb. 100-dən çox təcili yardım işçisi və 40 ədəd xüsusi texnika alovun söndürülməsi üzərində işləyir.
İlkin məlumatlara görə, yanğın elektrik çaydanına qoşulmuş uzatma kabelində qısaqapanma ilə başlayıb. Yanğın pirotexnika vasitələrinə yayılıb, ardınca partlayışlar və yanğın baş verib. Nəticədə iki bina məhv olub.
Rusiya Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb.
Əziz Mustafa



















































































