ABŞ qoşunları İraqı tamamilə tərk edib

ABŞ qoşunları İraqı tamamilə tərk edib

10:47
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ qoşunları İraqı tamamilə tərk edib. Oxuməni. az xəbər verir ki, bu barədə bazar ertəsi gecə Bağdaddakı mənbələrə istinadən "dpa" agentliyi məlumat yayıb. Jurnalistlər İraq hökumətinin nümayəndəsinin bəyanatından sitat gətirərək bildirirlər: "Bütün döyüş bölmələri və logistik dəstək göstərən qüvvələr ölkəni tərk edib". ABŞ tərəfi bu məlumatı hələlik rəsmən təsdiqləməyib.

ABŞ və İraq Amerika qoşunlarının ölkədən çıxarılması barədə 2024-cü ildə razılığa gəlmişdilər. Vaşinqtonun məlumatına görə, son illər ərzində İraqda təxminən 2500 ABŞ əsgəri dislokasiya olunmuşdu. İraqdakı sonuncu Amerika bölmələri Ərbildə, Bağdad hava limanı yaxınlığındakı hərbi bazada, həmçinin Bağdadın hökumət kvartalı olan "yaşıl zona"da yerləşirdi.

2014-cü ildən etibarən ABŞ müttəfiq dövlətlərlə birlikdə Suriya və İraqda "İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizə aparırdı.

Bu arada, müəlliflər qeyd edirlər ki, İrandakı müharibə səbəbindən İraqda da təhlükəsizlik vəziyyəti pisləşib. Bu münaqişə zamanı həm İraqdakı Amerika obyektləri, həm də kürd qüvvələrinin obyektləri hücumlara məruz qalıb.

"dpa"-nın məlumatına görə, İran və İraqdakı İrana sadiq qüvvələr Amerika qoşunlarının çıxarılmasını bayram edəcəklər. ABŞ qoşunlarının çıxarılması üçün müəyyən edilmiş son tarix olan sentyabrın 28-də İraqda dörd fərqli tədbirin keçiriləcəyi və bunların "Müstəqillik günü" kimi qeyd olunacağı gözlənilir. Həmin gün bütün dövlət qurumları bağlı olacaq.

Planlaşdırılırdı ki, İrana bağlı silahlı qruplaşmalar Amerika qoşunlarının İraqdan çıxarılması ilə paralel olaraq tərksilah edilsin və onların üzvləri dövlət güc strukturlarına daxil olsunlar. Lakin İraqın Baş naziri Əli əz-Zeydi bu tədbirin 2027-ci ilin iyununa qədər təxirə salındığını elan edib.

Almaz Həsənli