Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdiyini elan edib

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdiyini elan edib

10:36
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı dövlət başçısı vəzifəsindən istefa verməsi barədə ərizəni imzalayıb. Oxuməni.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, prezidentin vəzifələrini müvəqqəti olaraq Xalq Skupşinasının (birpalatalı parlament) sədr əvəzi Ana Brnabiç icra edəcək. Vuçiç səlahiyyətlərini ona bazar ertəsi təhvil verəcəyini vurğulayıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısının seçkiləri dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının siyahısına rəhbərlik edəcək və partiyanın baş nazirliyə namizədi olacaq. Onun əsas rəqibi "Tələbə siyahısı" birliyinə rəhbərlik edən Novi-Saddan olan 56 yaşlı kardioloq İlya Srdanoviçdir.

Almaz Həsənli