Rostov vilayətindəki yeganə neft emalı zavoduna hücum edilib
Ukrayna Silahlı Qüvvələrinin güclü hücumu nəticəsində Rostov vilayətindəki yeganə neft emalı zavoduna ziyan dəyib.
Rostov vilayətindəki yeganə fəaliyyətdə olan neft emalı zavodu olan Novoşaxtinski Neft Emalı Zavodu Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zərər görüb. Oxuməni.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Yuri Slyusar bildirib.
Onun sözlərinə görə, 25 sentyabr cümə günü gecə bölgəyə hücumu dəf edərkən təxminən 50 PUA məhv edilib. Onlar Kamensk-Şaxtinski və Novoşaxtinskidə, eləcə də bölgənin Verxnedonski, Çertkovski, Millerovski, Tarasovski, Kamenski və Krasnosulinski rayonlarında vurulub.
Novoşaxtinsk neft emalı zavodu hava hücumunda zədələnib. Tələfat yoxdur. Zavod fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yerdə xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Əziz MUSTAFA




















































































