Mqer Qriqoryan: Sərhədlərin delimitasiyası üzrə işlər tezliklə davam etdiriləcək

Mqer Qriqoryan: Sərhədlərin delimitasiyası üzrə işlər tezliklə davam etdiriləcək

12:36
Bəyəndim (1) Bəyənmədim (0)

Sərhədlərin delimitasiyası üzrə işlər tezliklə davam etdiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan "Новости Армении – NEWS.am" müxbiri ilə söhbətində bildirib.

Bununla belə, o, işlərin dəqiq nə vaxt və haradan başlayacağını açıqlamayıb.

"Biz reqlamenti təsdiq etmişik və işlər reqlamentə uyğun olaraq davam etdiriləcək. Bu barədə mütləq məlumat veriləcək", - deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan vəziyyətin sabitləşməsində və regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlıdır.

Almaz Həsənli