İran ABŞ-a Hörmüz boğazının açılması ilə bağlı plan təklif edib
İran ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpası və daha geniş danışıqların yenidən başlanması üçün yeddi günlük plan təklif edib. İranın xarici işlər naziri Abbas Araqçı BMT Baş Assambleyasının sessiyasında bildirib ki, Tehran bu təklifi vasitəçilər vasitəsilə çatdırıb. Oxuməni.az xəbər verir ki, onun sözlərini "Financial Times" (FT) nəşri sitat gətirir.
Araqçının sözlərinə görə, müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, boğaz bir həftə ərzində açılacaq, bundan sonra tərəflər münaqişənin tam həlli ilə bağlı danışıqları bərpa edəcəklər.
Plan iyun ayında imzalanmış və İran neftinin ixracı üçün müvəqqəti istisnaları, habelə boğazın tədricən blokdan çıxarılmasını nəzərdə tutan anlaşma memorandumuna əsaslanır.
Bu həftənin əvvəlində yüksək rütbəli bir İran rəsmisi "Reuters" agentliyinə verdiyi müsahibədə BMT Baş Assambleyasını İranla münaqişədə "ABŞ-ın diplomatiyaya qayıtması üçün qızıl fürsət" adlandırıb.
Ağ Ev yeni İran təklifinin detallarını şərh etməkdən imtina edib, lakin tərəflərin "vasitəçilər vasitəsilə müsbət və konstruktiv müzakirələr apardığını" qeyd edib. FT-nin qeyd etdiyi kimi, ABŞ administrasiyası Tehranın nüvə proqramını da əhatə edən daha genişmiqyaslı bir razılaşmaya nail olmağa çalışır.
Almaz Həsənli




















































































