Ukrayna "Patriot" üçün yeni raket paketi barədə razılığa gəlib
Ukrayna "Patriot zenit-raket sistemləri üçün yeni raket paketi barədə razılığa gəlib.
Oxuməni.az xəbər verir ki, Prezident Volodimir Zelenski bunu ABŞ-dakı Ukrayna icmasının nümayəndələri ilə görüşündə bildirib.
"Bu gün, kiminləsə "Patriot" sistemləri üçün raket paketi barədə razılığa gəldik. Bu, vacib bir qərardır", - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, Zelenski Nyu-Yorkda keçirilən brifinqdə Ukraynanın 100 raket topladığını və onlardan bir və ya ikisinin birbaşa hər bir ölkənin liderlərindən göndərildiyini bildirib. Prezidentin sözlərinə görə, genişmiqyaslı yardım göstərə biləcək yeganə ölkə ABŞ-dır.
Əziz Mustafa
Digər xəbərlər




















































































