Estoniya Usmanov və Fridmana qarşı sanksiyalar tətbiq edib
Estoniya Xarici İşlər Nazirliyi, Rusiya Ukraynaya qarşı təcavüzünə son qoymaq istəyini nümayiş etdirənə qədər sanksiya təzyiqini azaltmaq üçün heç bir səbəb görmür.
Estoniya rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmana qarşı milli sanksiyalar tətbiq edib. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada qeyd olunur ki, ölkə Usmanov və Fridmanın AB-nin sanksiya siyahısından çıxarılmasına qarşıdır.
Nazirlik bildirib ki, "Rusiya Ukraynaya qarşı təcavüzünə son qoymaq istəyini nümayiş etdirmədiyi üçün Estoniya sanksiya təzyiqini azaltmaq üçün heç bir səbəb görmür".
Daha əvvəl Litvanın Baş naziri Mindauqas Sinkeviçus rusiyalı milyarderlərə qarşı milli sanksiyaların tətbiqi üçün hazırlıq işləri görməyi əmr etmişdi.
Xatırladaq ki, 22 sentyabrda Avropa Birliyinə üzv dövlətlər Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməkdə ittiham olunan təxminən 3000 şəxs və təşkilata qarşı sanksiyaların uzadılması barədə razılığa gəliblər. Eyni zamanda, rusiyalı oliqarxlar Əlişir Usmanov və Mixail Fridman siyahıdan çıxarılıb. Qərar Aİ ölkələri arasında əldə edilən kompromis nəticəsində qəbul edilib. Latviya əvvəllər iki iş adamının siyahıdan çıxarılmasına qarşı çıxmışdı, lakin sonradan etirazlarını geri götürərək sanksiya rejiminin uzadılması barədə razılığa gəlinməsinə imkan yaratdı.
Latviya daha sonra rusiyalı iş adamları Əlişir Usmanov və Mixail Fridmana qarşı milli sanksiyalar tətbiq edib.
Əziz MUSTAFA




















































































